воскресенье, 29 марта 2015 г.

«Şimali Qafqazdan olan 1500-dən çox şəxs Suriya və İraqda İslam Dövləti yaraqlıları sıralarında vuruşur».
Kremlin Şimali Qafqaz Federal Dairəsindəki nümayəndəsi belə iddia edir.
Sergei Melikov martın 26-da Pyatigorskda jurnalistlərə deyib ki, İD təşkilatının ideologiyası Şimali Qafqazda yayılır və bu çox təhlükəlidir. Melikov bunu önləmək üçün addımların atılmasının gərəkli olduğunu deyib.  
Melikov deyir ki, İraq və Şuriyada vuruşan Şimali Qafqazlı döyüşçülərə evlərinə qayıtlmaq da çətindir. O iddia edir ki, Suriyada döyüşəndən sonra Şimali Qafqaza geri qayıdanlardan ən azı 5 döyüşçü 2014-cü ildə terrorizmə qarşı mübarizədə öldürülüb. Ancaq Melikov onların adını açıqlamayıb.
RAMZAN KADYROV İNKAR EDİRDİ...
Rusiya dövləti və təhlükəsizlik orqanları İslam Dövləti təşkilatının döyüşçülərinə müraciətdə onları «gizli quldurlar» adlandırır. Melikov deyir ki, indi bu «gizli quldurlar» fəal deyil:
«Gənclərin həmin qruplaşmalara qatılmasının qarşısını almaq üçün addımlar atılmalıdır».
Ramzan KadyrovRamzan Kadyrov
Melikovun şərhləri Suriyada və İraqda vuruşmağa gedənlərin axınının olmasına  və Şimali qafqazda radikallaşmaya sübutdur.
Bu məsələyə çeçen lideri Ramzan Kadryov da önəm verir. O, çeçenlərin Suriyada vuruşmağa getməsini əvvəllər inkar etmişdi.
Kadryov daha sonra iddia edirdi ki, Suriyada döyüşən  bir çox etnik çeçenlər  Çeçenistandan deyil, Avropadan gələnlərdir.           
Son həftələrdə Rusiyanın təhlükəsizlik və hökümət rəsmiləri də Suriyada rusların vuruşmasını inkar etmir.
Fevralda isa təəcüblü addım atılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Vaşinqtonda jurnalistlərə İraqdakı döyüşçü qruplarının tərkibində 1700-ə qədər rusiyalının ola biləcəyi ehtimal etdiklərini deyib.
Bortnikov qeyd edib ki, bu vəziyyətdə  Rusiya və ABŞ arasında İslam Dövləti təşkilatı ilə əlaqədar kəşfiyyat məlumatları bölüşdürülür.
MOSKVA NARAHATDIR...
Bortnikovun etiraflarından sonra Melikov diqqəti Şimali Qafqazdaki İslam Dövləti Təşkilatı təhlükəsinə çəkib. O bildirib ki, İD təşkilatı Şimali Qafqaz regionunda universitet tələbələrini öz sıralarına çəkir.
Nikolai PatrushevNikolai Patrushev
Kreml Təhlükəsizlik Şurasının rəhbəri Nikolai Patrushev bildirib ki, Moskva Şimali Qafqaz regionu ilə İslam Dövləti təşkilatı arasındakı əlaqədən narahatdır.
Bəs rəsmilərin bu məsələdə fikirlərinin dəyişməsinin səbəbi nədir?
Birinci səbəb oldur ki, əvvllər Şimali Qafqazın Qafqaz Əmirliyi ilə bağlı olan bir sıra hərbi qrupları indi İslam Dövləti təşkilatının lideri Abu Bakr al-Baghdadi-yə sadiqlik andı içmələridir.
Başqa səbəb odur ki, Rusiya vətəndaşlarının Suriya və İraqda hərbi qruplara qoşulması davam edir.  
ABŞ Dövlət Departamenti martın 26-da qafqaz əmirliyi lideri Aliaskhab Kebekovu Xüsusi global terrorist kimi səciyyələndirib.
Suriyada vuruşan qafqazlılar regiona da təhlükədir.
Ekspertlər martın 15-16-da regionda keçirilən əks -terror əməlliyyatlarını İslam dövləti yaraqlılarının regiona təhlükəsinə cavab kimi qiymətləndirib.

четверг, 26 марта 2015 г.

“Apple” şirkətinin təsisçilərindən biri olan Steve Wozniak deyib ki, “Gələcək insanlar üçün pis və qorxulu olacaq”.
Steve Wozniak bu həftə verdiyi müsahibələrdən biri ilə “Süni Zəka haqqında Qorxulu Proqnozlar verən Supervarlı Texnoloqlar”ın (The Super Rich Technologists Making Dire Predictions About Artificial Intelligence)klubuna qoşulmuş olub. Ondan əvvəl Bill Gates, Stephen Hawking və Elon Musk artıq bu kluba üzv idilər.
Biz allahlarmı olacağıq, qarışqalarmı?
Steve Wozniak Avstraliyanın “Financial Review” məcmuəsinə müsahibəsində deyib ki, robotlar insan irqini üstələyəcək.
“Stephen Hawking və Elon Musk kimi mən də proqnoz verirəm ki, gələcək, insanlar üçün çox qorxulu və pis olacaq – deyib Wozniak, - Əgər biz, bizim üçün bütün işləri görən bu cihazları yaradırıqsa, son nəticədə onlar bizdən daha sürətli düşünməyi öyrənəcək və şirkətlərin daha səmərəli işləməsi üçün astagəl insanlardan izal olacaqlar”.
Woz oxucularını lap Halovin gecələrindəki uşaqlar kimi qorxutmağa çalışıb: “Belə bir şəraitdə biz allahlarmı olacağıq, yoxsa ev heyvanlarımı, yoxsa da tapdaq altda qalan qarşıqalarmı, bax, burasını bilmirəm…”
O deyib ki, hər ehtimala qarşı öz iti ilə mehriban davranmağa çalışacaq.
İnsan zəkası aciz qalacaq
Wozniak bildirib ki, o bu fikrə sadə bir hesablama nəticəsində gəlib: Əgər kompütrer prosesinin sürəti hər il iki dəfə artırsa, müəyyən məqamda silikon tranzistorlarının ölçüsü atom qədər kiçik olacaq. Əgər ölçü bundan da az olsa, onda söhbət artıq subatom hissəciklərindən gedəcək – yəni kvantdan. Bu isə hələlik insanlar tərəfindən öyrənilməyib.
“Financial Review” yazır: Wozniak-ın proqnozu o deməkdir ki, iş adamı əvvəlki mövqeyini 180 dərəcə dəyişib.
O bundan əvvəl Ray Kurzweil-in belə bir nəzəriyyəsini rədd edirdi ki, supercihazlar bir neçə onillik ərzində insan zəkasını kölgədə qoyacaq.
“Kompüterlər insanlara üstün gələcəklər” – deyir Wozniak.
O deyir ki, bu, elmin məntiqi inkişafıdır, lakin sonunda insan, zəkaca özündən yüksəkdə duran zəka yaradacaq.
“Biz İblisi çağırırıq”
Yanvar ayında Bill Gates yazırdı: “Mən superzəkadan narahat olanların düşərgəsindəyəm”.
Ondan bir ay əvvəl isə Hawking demişdi ki, süni zəka insan irqinə son qoyacaq.
Britaniya ixtiraçısı Clive Sinclair BBC-yə deyib ki, onun fikrincə, süni zəka bəşəriyyətin axirəti olacaq.
Musk isə ötən oktyabrda keçirilən bir simpoziumda söyləyib ki, “süni zəka yaratmaqla biz İblisi dəvət edirik”.
Onun fikrincə, filmlərdə olduğu kimi “pentaqram və müqəddəs su” vasitəsilə İblisdən yaxa qurtarmaq mümkün olmayacaq.


“Bəyanat və ya hesabatlarla Azərbaycandakı problemləri həll etmək mümkün deyil”

Avstraliyada Gəncənin son hökmdarı Cavad xanın kötücəsinin toyu olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, Novruz bayramında Cavad xanın nəslindən olan Kazım Cavadxanlının qızı Yasəmən Cavadxanlı Yunus Serinelllə evlənib.
Tədbirdə Avstraliyadakı Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak edib.
Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər.
Cavad xanın kötücəsi olan Kazım Cavadxanlı 1947-ci ildə Təbrizdə doğulub. 1976-82-ci illərdə Belçikada neyrocərrahiyyə üzrə təhsil alıb. 1982-ci ildən Malayziyaya köçüb, Malaziya Milli Universitetin tibb fakültəsində neyrocərrahiyyə üzrə mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatını aparıb.
O, hazırda Malayziyanın Penanq ştatında neyrocərrahiyyə sahəsində mütəxəssis kimi fəaliyyətini davam etdirir.
Kazım Cavadxanlının iki oğlu və bir qızı var. Övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayır.​
Gəncənin son hökmdarı olan Cavad xan 1804-cü ilin yanvarında Rusiyanın bölgədə olan qüvvələri ilə döyüşdə bir neçə oğlu ilə birlikdə həlak olub.